Mərhum aktrisa Çimnaz Sultanova ölümündən əvvəl iştirak etdiyi verilişdə şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.
Medianews.az Bizimşou.az-a istinadla xəbər verir ki, o, yoldaşının azərbaycanlı olduğunu və Almaniyada professor kimi fəaliyyət göstərdiyini qeyd edib.
Aktrisa bildirib ki, yoldaşı ilə rəsmi şəkildə ayrılıblar:
“Yoldaşım uşağın atasıdır, o, Almaniyada fizika, yer üzü və kosmik elmlərlə məşğuldur. Biz artıq rəsmi olaraq ayrılmışıq”.
Çimnaz Sultanova, həmçinin yoldaşını uşaqlığından tanıdığını vurğulayıb:
“Onun qardaşı atamın yaxın dostu olub. Məni hələ 5 yaşımda tanıyırdı”.