EN

Lukaşenko: “Oğullarım yuxuda belə siyasəti görmürlər”

“Belarusun gələcək rəhbərliyi Prezident Aleksandr Lukaşenkonun oğullarının olmadığı mövcud kadr ehtiyatından formalaşacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, Prezzident Lukaşenko bu barədə prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Media nümayəndələrinin yeni nəsil siyasətçilər haqqında sualını cavablandıran Lukaşenko oğullarının siyasi ambisiyaları ilə bağlı şayiələri təkzib edib.

"Bu, mənim kiçik və ya böyük oğlumun işi deyil. O, ən pis kabusunda belə özüün siyasətdə təsəvvür belə edə bilməzdi, mənim oğullarımın heç biri bunu təsəvvür etmir", - Prezident zalda olan oğlu Nikolayı göstərərək deyib.

Lukaşenko əlavə edib ki, Belarusda ölkənin gələcək liderləri üçün artıq hazırlanmış kadr ehtiyatı var. Bu ehtiyata “hazırkı qubernatorlar, nazirlər, parlament palatalarının rəhbərləri və yüksək vəzifəli şəxslər” daxildir.

Chosen
17
cebheinfo.az

1Sources