EN

Almaniyanın əhalisi 2024-cü ildə cəmi 100 min nəfər artıb

Bakı, TurkicWorld

Almaniya Federal Statistika İdarəsi (Destatis) 2024-cü il üçün əhalinin artımı ilə bağlı ilkin məlumatlarını açıqlayıb.

TurkicWorld xəbər verir ki, hesabata əsasən, Almaniyanın əhalisi keçən ilə nisbətən cəmi 100 min nəfər artaraq, 83,6 milyon nəfərə çatıb.

Belə ki, 2023-cü ildə əhalinin artımı daha yüksək olub, xalis immiqrasiyanın yüksək səviyyədə olması səbəbindən təxminən 340 min nəfər artmışdı.

Doğum və ölüm arasındakı fərq isə mənfi olaraq qalır. Destatis-in məlumatına görə, 2024-cü ildə də Almaniyada doğumların sayı ölümlərin sayından az olub. Beləliklə, doğum fərqi 310-330 min nəfər arasında hesablanıb.

2024-cü ildə Almaniyaya xalis miqrasiyanın 400-440 min nəfər arasında olacağı proqnozlaşdırılıb. Bu, 2023-cü ildəki 662 min nəfərlik miqrasiya ilə müqayisədə üçdə birdən çox azalma deməkdir.

Bu tendensiya xüsusilə Suriya, Əfqanıstan, Türkiyə və Avropa Birliyi ölkələrindən gələn miqrasiyanın azalması ilə izah olunur.

Almaniya, qocalmaqda olan əhali səbəbindən ixtisaslı işçilərə və işçi qüvvəsinə ciddi ehtiyac duyur. Demoqrafik dəyişikliklər, eləcə də İkinci Dünya Müharibəsi ilə Soyuq Müharibə arasında doğulan nəsillərin əmək bazarından çəkilməsi bu problemi daha da dərinləşdirir.

Ölkə hökuməti, vətəndaşlıq əldə etməyi asanlaşdıran islahatlarla miqrant işçiləri cəlb etməyə çalışsa da, bu məsələ mübahisəli olaraq qalır.

Chosen
32
turkic.world

1Sources