Bir qədər əvvəl fransalı jurnalistNataşa Reyamerikalı həmkarına müsahibəsində Bricit Makronun əvvəllər kişi olduğunu bildirmişdi. 2024-cü ilin sentyabrında Paris məhkəməsi buna görə Nataşa Reyi 13,5 min avro məbləğində cərimə edib.
![](https://azvision.az/photos/2025/01/makron-1737907212.jpg)
Xatırladaq ki, hazırda 71 yaşı olan Bricit ilk dəfə 21 yaşında ərə gedib. İlk əri – bankir Andre Lui Ozyerdən 3 uşağı, 7 nəvəsi var. 15 yaşlı Emmanuel Makron 1993-cü ildə onu tanıyanda Bricit 39 yaşında idi. Emmanuel onun qızı Lorans ilə bir sinifdə oxuyurdu. Onlar 2007-ci ildə evləniblər.
![](https://azvision.az/photos/2025/01/bricit-2-3475813370.jpg)
Kendis Ouens Bricitin əslində kişi olduğunu ilk dəfə 2021-ci ildə iddia edib. Onun və bir neçə fransız konspiroloqun versiyasına görə, əsl Bricit 1961-ci ildə, 9 yaşı olanda xəstələnib və valideynlərinin günahı üzündən ölüb. Ailəsi hüququ məsuliyyətdən yayınmaq üçün ölüm faktını gizlədib. O vaxtın Fransasında belə hallar mümkün idi. Amma sonradan ailənin oğlu Jan-Mişel Tronyö cinsini dəyişərək, bacısının yerini tutub. Jurnalistin sözlərinə görə, bugünkü Bricit ilə o vaxtkı Jan-Mişelin şəkillərinin kompüter analizionların eyni insan olduqlarını təsdiqləyir.
Onun 21 yaşında ərə getməsinə gəlincə, fərziyyənin tərəfdarları bunun qurama nikah olduğunu iddia edirlər.
![](https://azvision.az/photos/2025/01/bricit-3-5213720055.jpg)
2021-ci ildəAmandin Royadlı tanınmış fransız ekstrasens bu ehtimalı təsdiqləyən video paylaşıb. Amma həmin video “yutub”dan silinib.
Bricitin özü bu söhbətləri sakit izləməyərək, transgender olduğunu deyənləri bir-birinin ardınca məhkəməyə verir. Amma söhbətlərin ardıkəsilmir.
“Bütün faktları diqqətlə araşdırandan sonra mən onun əvvəllər kişi olduğu ilə bağlı mərcə girməyə hazıram. Əgər uduzsam, jurnalist karyeramı dayandırmağa razıyam”,- Kendis Ouens sosial şəbəkə hesabında yazıb.
Qalır yanvarın 30-nu gözləmək.
Tariyel Həsənov
AzVision.az