Qəzza sakinlərinin Misir və İordaniyaya məcburi köçkünlüyünü qəti şəkildə rədd edirik.
Axar.az xəbər verir ki, bu sözləri İordaniyanın xarici işlər naziri Ayman Səfadi ABŞ Prezidenti Donald Trampın təklifinə cavab olaraq deyib.
“Bizim fələstinlilərin köçürülməsini rədd etməyimiz qətidir və dəyişməyəcək. İordaniya iordaniyalılar üçün, Fələstin isə fələstinlilər üçündür”, - deyə Səfadi bildirib.
Qeyd edək ki, bundan öncə Tramp İordaniya və Misirin Qəzza zolağından daha çox fələstinli qəbul etməsini təklif etmişdi.