"Rusiyada hazırlanan xərçəng peyvəndinin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır".
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.
“Səhiyyə Nazirliyinə təqdim etdiyimiz, lakin hələ ki, təsdiqlənməmiş yol xəritəsi planına əsasən, avqustun sonunda icazə almalıyıq ki, sentyabrda insanların müalicəsinə başlayaq”, - Ginzburq deyib.
O əlavə edib ki, peyvənd təkcə ilkin melanoma olan insanlara deyil, həm də müalicənin müəyyən mərhələlərini artıq başa vurmuş xəstələrə də tətbiq oluna bilər.