EN

"Esma Kivos Ceramic" cərimələndi

Abşeron Rayon Məhkəməsində "Esma Kivos Ceramic" MMC-yə yazılan inzibati protokola baxılıb. 

 

Pravda.az-ın xəbərinə görə, hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

 

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

Xəyal Quliyev

Tarix: 27 Yanvar 2025, 08:22   
Chosen
11
4
pravda.az

10Sources