Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən və 179 nəfərin həyatına son qoyan "Jeju Air" şurkətinə məxsus təyyarə qəzasının ilkin hesabatı tamamlanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Aviasiya və Dəmir Yolu Qəzalarını Araşdırma Şurası məlumat yayıb.
Hesabatda təyyarənin hər iki mühərrikində köçəri ördək növünə aid DNT nümunələrinin tapıldığı bildirilib: "Hər iki mühərrikə baxış keçirildi. Lələk və qan ləkələri aşkar edildi".
Qeyd edək ki, Taylandın Banqkok şəhərindən havaya qalxan "Jeju Air" şirkətinə məxsus "7C2216" nömrəli "Boeing 737-800" tipli təyyarə dekabrın 29-da Muan Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağının sonundakı divara çırpılıb. Qəzada 179 nəfər həyatını itirərkən, təyyarədən yalnız iki kabin heyəti üzvü yaralı olaraq xilas ola bilib.