EN

Azərbaycanlı futbolçu oynadı, komandası lider oldu

Albaniya çempionatında 22-cu turun görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatia" "Vlajniya"nın qonağı olub. 

Oyun "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Zamiq də bu grüşün iştirakçısı olub. 23 yaşlı müdafiəçi 71-ci dəqiqədə oyuna qoşulub.

Qeyd edək ki, 22 turdan sonra 39 xalı olan "Eqnatia" turnir cədvəlində liderliyə yüksəlib. "Partizani"nin xal itirməsindən sonra Zamiqin komandası 1-ci pillədə mövqe tutub.

Chosen
9
fanat.az

1Sources