İspaniya La Liqası 21-ci turunun “Barselona” – “Valensiya” oyunu kataloniyalıların 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Publika.az xəbər verir ki, “Barsa” bu mövsüm baş məşqçi Hans-Dieter Flickin rəhbərliyi altında 100 qol həddini (101) ötüb. Buna nail olmaq üçün komandaya 32 matç lazım olub.
Yalnız Helenio Herreranın komandası 100 qola daha tez çatıb. Bu, 1958/59 mövsümündə 31 matça reallaşıb.