İqlim dəyişikliyi nəticəsində böyük kakao yetişdirən Qana və Kot-d'İvuar ölkələrində kakao paxlası məhsulu kəskin şəkildə azalıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, kakaonun həddindən artıq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olub. 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb.