İsrail Müdafiə Qüvvələri (İDF) yanvarın 27-də Qəzzadan Netzarim dəhlizi vasitəsilə anklavın şimalına qayıtmağı planlaşdıran köçkünlər üçün təlimat verib.
Missiya.Az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Qəzzalıların bazar ertəsi yerli vaxtla səhər saat 7-dən başlayaraq sahildəki Netsarim yolu və Rəşid küçəsi ilə piyada olaraq anklavın şimalına qayıtmasına icazə veriləcəyi bildirilib.
“Yerli vaxtla səhər saat 9-dan etibarən təhlükəsizlik qüvvələri tərəfindən yoxlanıldıqdan sonra nəqliyyat vasitələri şərqdəki Salah ed Din küçəsi ilə buraxılıb”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az