Pakistanın Pəncab əyalətində LPG yüklü tankerin partlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 13-ü ağır olmaqla 30 nəfər yaralanıb.
Tankerin ətrafa səpələnmiş hissələri avtomobillərə və binalara ziyan vurub. Xilasedicilər partlayışdan sonra başlayan yanğının saatlarla davam edən işdən sonra söndürüldüyünü bildiriblər.
Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.
Yaralıların müalicə aldığı Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilib, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.
Oksana