EN

HƏMAS ABŞ ilə dialoqa hazır olduğunu açıqlayıb

HƏMAS ABŞ ilə dialoqa hazır olduğunu açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Həmas Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

 

“Biz ABŞ ilə dialoqa hazırıq. Birləşmiş Ştatların rəhbəri Donald Tramp ciddi prezidentdir. Trampın (Yaxın Şərq üzrə) xüsusi nümayəndəsi Stiven Vitkoff olmasaydı, Qəzza razılaşması əldə olunmazdı”,-o qeyd edib.

 

"HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa bütün tərəflərlə dialoqa açıq olmaqdır", - Əbu Mərzuk vurğulayıb.

 

Qeyd edək ki, bir çox müşahidəçilər, HƏMAS-ın ABŞ-nin vasitəçiliyi ilə Yaxın Şərqdəki münaqişələrdə müəyyən irəliləyişlər əldə etməyə çalışdığını vurğulayır. Bu dialoq imkanları, həm də ABŞ-nin bölgə siyasətindəki dəyişiklikləri və Tramp administrasiyasının Yaxın Şərqdəki yeni strateji yanaşmalarını əks etdirir. 

 

Digər tərəfdən, HƏMAS bu açıqlaması ilə yalnız İsrail ilə deyil, digər beynəlxalq güclərlə də münasibətlərini müzakirə etməyə hazır olduğunu bildirmiş oldu.

 

Firuzə Əliyeva

Chosen
5
10
sfera.az

10Sources