EN

Salah Tyerri Anrini geridə qoydu

"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında (İPL) vurduğu qolların sayına görə "Arsenal"ın sabiq forvardı Tyerri Anrini geridə qoyub.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, misirli ulduz bu uğura İPL-in XXIII turunda "İpsviç"i (4:1) yendikləri matçda imza atıb.

32 yaşlı ön xətt oyunçusu qarşılaşmanın 35-ci dəqiqəsində qolla yadda qalıb. Bu, Salahın Premyer Liqada 176-cı qolu olub. Beləliklə, o, Anrini (175) keçərək bombardirlərin siyahısında 7-ci pilləyə yüksəlib.

İPL-də ən çox qol vuran futbolçu "Nyukasl"ın sabiq hücumçusu Alan Şirerdir. Şirerin hesabında 260 qol var. Hazırda "Bayern Münhen"in formasını geyinən Harri Keyn (213) ikinci, "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi (208) üçüncü yerdədir.

Chosen
5
5
fanat.az

10Sources