Ötən ay Cənubi Koreyada baş verən və təyyarədə olan 181 nəfərdən yalnız ikisinin sağ qaldığı qəza ilə bağlı ilkin hesabat bazar ertəsi dərc edilib.

İndex.az xəbər verir ki, hesabat quşun təyyarənin mühərriklərinə dəydiyini təsdiqləsə də, qəzanın səbəbi hələ müəyyən edilməyib.

Hər iki mühərrikdə lələk və qan ləkələrinin aşkar edilib. Nümunələr DNT analizi üçün ekspert təşkilatlarına göndərilib və yerli təşkilat onların köçəri ördək növü olan Baykal çöl ördəklərinə aid olduğunu müəyyən edib.