7NEWS.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə dünyanın 8-ci ən varlı adamı olan Bill Qeyts, bu gün uşaq olsaydı, yəqin ki, autizm diaqnozu qoyulacağını söylədi. Keçmişdə autizmin tərifinin çox daha dar olduğunu bildirən Qeyts, "Asperger və spektr kimi anlayışlar çox yenidir. Əvvəllər autizm aydın şəkildə müəyyən edilirdi, lakin zaman keçdikcə bəzi xüsusiyyətlərin mənə uyğun olduğunu anladım" dedi.