EN

Simone İnzaqi “Leççe” üzərində qələbəni şərh etdi

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 22-ci turunun “Leççe” ilə səfər oyunundakı 4:0 hesablı qəlbəni şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz oyuna əla əhval-ruhiyyə ilə yanaşdıq, mən isə komandamı təbrik etdim, çünki Çempionlar Liqasından sonra evə yalnız Çərşənbə günü qayıtmışdıq. Biz “Leççe”nin cəsarətli surətdə hücum edəcəyini bilirdik, amma diqqətimizi toplamışdıq, qətiyyət və aqressivlik nümayiş etdirdik. Praqada olduğu kimi, bu oyunda da daha iki qolumuz, santimetrlik oyundankənar vəziyyətlər səbəbindən hesaba alınmadı.

Biz ilk ay deyil ki, hər üç gündən bir oynayırıq. Bu, belə də davam edəcək, buna görə də biz eyni ruhda davam etməliyik”, deyə Simone İnzaqi sabit çıxışın vaxibliyini vurğulayıb.

Keçirdiyi 21 oyunda 50 xal toplamış və İtaliya A Seriyasının 2-ci pilləsində qərarlaşmış “İnter” 22 oyundan 53 xalla zirvədə qərarlaşmış “Napoli”ni daban-daban təqib edir və mümkün liderliyə iddialıdır. “Leççe” isə 20 xalla 17-ci pillədədir.

Chosen
14
arena.az

1Sources