Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə elan edilib.
AzPost bildirir ki, müsabiqə ixtisas imtahanından azad edilən (xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər, hüquq sahəsində elmi dərəcəsi olan şəxslər və dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları) şəxslər üçün nəzərdə tutulur.
Maraqlananlar söhbət mərhələsində iştirak üçün müraciət edə bilər. Ətraflı məlumat Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya 919 Çağrı Mərkəzindən əldə edilə bilər.