Olaylar.az xəbər verir ki, bu barədə diplomat "Komsomolskaya Pravda" radiosuna açıqlamasında danışıb.
Miroşnikin sözlərinə görə, Trampın mövqeyi ümumi ritorikadan ibarətdir və o, yalnız dialoqa başlamağa hazır olduğunu bəyan edib. "Lakin bu, daha çox öz təsirini göstərmək və ya mövqeyini əvvəlcədən bildirmək cəhdinə bənzəyir," - deyə diplomat qeyd edib.
"Tramp yalnız bu qan tökülməsini dayandırmaq istədiyini bildirib," - deyən Miroşnik əlavə edib ki, onun sözləri heç bir real tədbir və ya sənəd ilə təsdiqlənməyib. Bu səbəbdən Trampın bəyanatları vəziyyətə ciddi təsir göstərmir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ABŞ Prezidenti Donald Trampla görüşməyə hazır olduğunu və Moskva ilə Vaşinqton arasında dialoqun başlanmasının vacibliyini vurğulamışdı.