EN

“Soliton LTD” MMC 6 min manata kimi - CƏRİMƏLƏNƏ BİLƏR

“Soliton LTD” MMC-yə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə görə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər 350-500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500-2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4-6 min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 30 yanvar  2025-ci il, saat 15:30-a təyin edilib.

Chosen
10
fed.az

1Sources