EN

Əlcəzair ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını Fransadan qətiyyətlə tələb edir

Bakı. Trend:

Əlcəzair ərazisində aparılmış nüvə sınaqlarının tullantılarınıntam və birdəfəlik aradan qaldırılmasında məsuliyyəti üzərinəgötürməsini Fransadan qətiyyətlə tələb edir.

Trend ölkənin yerliKİV-lərinə istinadən xəbər verir ki, bunu Əlcəzairin MillətŞurasının sədri Saleh Qucil tullantıların idarə olunması, nəzarətvə aradan qaldırılması barədə yeni qanun layihəsinin parlamentdəmüzakirəsi zamanı deyib. Qucil ölkəsinin bu mövqeyinin qanunlayihəsində açıq şəkildə ifadə olunmasının vacibliyini qeydedib.

O, həmçinin diqqətə çatdırıb ki, "nüvə partlayışlarının başverdiyi bölgələrin yaxınlığında yaşayan əlcəzairlilər bu günə qədəronların fəsadlarından əziyyət çəkirlər".

Eyni zamanda, qanun layihəsinin müəllifi Əlcəzairin ətraf mühitvə həyat keyfiyyəti naziri Nəcibə Cilali müzakirələr zamanıbildirib ki, yeni sənəd təkcə mövcud çağırışlara qarşı tədbirlərinəzərdə tutmur, həm də tarixi və ekoloji ədalətə aid güclümesajları ehtiva edir. Nazir bu kontekstdə “Əlcəzair səhrasındazalım müstəmləkəçinin həyata keçirdiyi nüvə partlayışlarınınfəlakət törədən tullantıları”nın təsirlərinə də toxunub.

Əlcəzairli nazir vurğulayıb ki, nüvə təcrübələri nəticəsindəyaranmış bu ekoloji fəlakətin səbəbkarı öz tarixi, əxlaqi və hüquqiməsuliyyətini tam şəkildə qəbul etməli, radioaktiv tullantılarıaradan qaldırmalı, eləcə də Əlcəzairə, Ədrar, Riqqan, İn İkr vəbaşqa regionların sakinlərinə vurduğu böyük zərəri etirafetməlidir. O qeyd edib ki, Fransanın bu təcrübələri ölkəsinin vəxalqının haqqını pozmuş addımlardan biridir.

Nazir vurğulayıb ki, bu tələblərin indiki və gələcək nəsillərinsağlam və davamlı mühitdə yaşayışını möhkəmləndirmək naminə ətrafmühitlə bağlı milli qanunvericilik aktlarına əlavə edilməsi, eləcədə bu məsələ ilə bağlı fəaliyyətin bütün mümkün vasitələrlə davametdirilməsi Əlcəzair xalqının hüquqlarının bərpasını vəekologiyanın bu dağıdıcı təsirlərdən qorunmasını təmin edəcək.

Əlcəzairin “əl-Şəab” saytı yazır ki, Fransa 1960-1966-cı illərarasında Əlcəzairin Riqqan və Ahaqqar dağlıq ərazisində 17 nüvəsınağı həyata keçirib. “Mavi ərəbdovşanı” adlandırdığı ilk nüvəsınağı 1960-cı il fevralın 13-də baş tutub. Şimali Afrikasəhrasında yaşayan çöl heyvanının adına Fransa bayrağınınrənglərindən birini əlavə ediblər. 70 kiloton gücündə olan bupartlayış Xirosimaya atılan atom bombasından 3-4 dəfə güclü olub vəonun radioaktiv təsirləri gözlənildiyindən uzun müddət qalıb. Beləki, saytın yazdığına görə, Fransa Atom Enerjisi Komissiyasının1960-cı il hesabatında qeyd olunur ki, sınaq nəticəsində təqribən150 km uzunluğunda bir bölgə radioaktiv maddələrlə çirklənib.Hesabatda dövlət sirri kimi uzun müddət saxlanan, lakin 2013-cüildə ictimaiyyətə açıq elan edilən məlumatlar həmin nüvə sınağınındaha geniş real təsirlərini açıqlayıb. Məlum olub ki, Sub-Saharanınbəzi ölkələri, Afrikanın mərkəzində, hətta qərbində yerləşənölkələr bu sınağın təhlükəli təsirlərindən uzaq qala bilməyiblər.Hətta bildirilir ki, radiasiya buludları İspaniyanın Aralıq dənizisahillərinə və İtaliyanın Siciliya bölgəsinə qədər gəlib çatıb.

Məqalədə:
Chosen
10
2
az.trend.az

3Sources