Türkiyənin \"Qalatasaray\" klubu ingiltərəli futbolçu Kayl Uoker-Piters üçün \"Sauthempton”a 6 milyon avro təklif edib.
Bu barədə \"Milliyet\" nəşri məlumat yayıb.
İngiltərə təmsilçisi 27 yaşlı müdafiəçiyə görə 8 milyon avro istəyir. Tərəflər arasındakı danışıqların davam etdiyi bildirilib.
Qeyd edək ki, Kayl Uoker-Piters 2020-ci ildən \"Sauthempton”un formasını geyinir. O, İngiltərə millisinin heyətində iki matçda meydana çıxıb.