EN

Azərbaycanlı Rusiyada içkili halda evə girdi, ağır qətl törətdi

Rusiyanın Stavroppol diyarının Nevinnomyssk şəhərində cinayət hadisəsi baş verib.

XəzərNews.az xəbər verir ki, hadisə dünən axşam baş verib.

Belə ki, Rusiyada yaşayan azərbaycanlı Daşdəmirov Səid Arif oğlu həm içkili, həm dənarkotik vasitələrin təsiri altındarus ailəsinin evinə girərək bir nəfəri qətlə yetirib.

Hadisədən dərhal sonra cinayəti törədən azərbaycanlı hüquq -mühafizə orqanları tərədindən saxlanılıb.

Stavropol vilayəti “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Yarıyev saytımıza bildirib ki, baş verən bu kimi hadisələr Stavropolda yaşayan azərbaycanlılar üçün hər hansı təhlükə yaratmır:

“Bilirsiniz ki, cinayətkarın milliyyəti olmur. Bu kimi cinayət hadisələri təəssüf ki, həm soydaşlarımız, həm də digər millətlər tərəfindən zaman-zaman törədilir. Əlbəttə ki, bu gün hadisələrdən sonramiqrantlarla bağlı məsələlər də sosial mediada qabardılır. Bildirilir ki, guya Rusiya tərəfindən miqranlar sıxışdırlır. Bu düzgün informasiya deyil. Digər ölkələr kimi, Rusiyanın da öz qanunları var. Orada yaşayan miqrantlar da bu qanunlara əməl etməlidirlər”.

İsmayıl
XəzərNews.az

Xəbər 4 dəfə oxunub.
Chosen
8
50
xezernews.az

10Sources