EN

Çemberlenin rekordunu kim yeniləyə bilər?

“Çikaqo”nun heyətində altıqat MBA çempionu olan Skotti Pippen bir oyunda 100 xal toplayan əfsanəvi Uilt Çemberlenin rekordunu kimin yeniləyə biləcəyi haqda danışıb:

“Çemberlenin möhtəşəm rekordunu qıra biləsi kimsə varmı? Belə görünür ki, bu, Vembanyama (“San-Antonio”nun fransalı forvardı Viktor Vembanyamanı nəzərdə tutur – red.) ola bilər. Onun qabaritləri meydanda uzun məsafəni sürətlə qət etməyə imkan verir”.

Xatırladaq ki, 1962-ci il martın 2-də “Filadelfiya”nın (indiki “Qolden Steyt”) ulduzu Çemberlen “Nyu-York”la oyunda 100 xal toplamaqla indiyə qədər yenilənməyən rekord müəyyənləşdirib.
Chosen
21
football-plus.az

1Sources