EN

Qalmaqallı hakim Bakıda SAXLANILDI – FOTO

Rusiyanın sabiq hakimi Yelena Xaxaleva Azərbaycanın paytaxtı Bakıda saxlanılıb.

Medianews.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə “İzvestiya” nəşri öz mənbəsinə istinadən yazıb.

Hüquq-mühafizə orqanlarının vəzifə saxtakarlığında və fırıldaqçılıqda şübhəli bildiyi qadın Bakı hava limanında saxlanılıb.

Qeyd edək ki, 2022-ci ildə Rostov-na-Donu şəhərinin Leninski Rayon Məhkəməsi keçmiş hakim Xaxalevanı qiyabi həbs edib. Həmin il mayın 16-da qadın beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, səkkiz il əvvəl, 2017-ci ildə hakim Xaxalevanın qızının toyundan olan videonun yayımlanması ictimai rezonansa səbəb olmuşdu. Yelenanın saxta sənədinin – ali təhsil diplomunun olduğu aşkar edilmişdi. Həmçinin qızının külli miqdarda pul xərcləndiyi dəbdəbəli toy mərasimi də müəyyən suallar doğurmuşdu. KİV-də dərc edilən xəbərlərdə toya 2 milyon dollara yaxın vəsaitin xərcləndiyini yazılmışdı.

Qalmaqallı hakim Bakıda <span style=color:red>SAXLANILDI - FOTO

Chosen
4
1
medianews.az

10Sources