"Qarabağ"da forma geyinmiş müdafiəçi Tərlan Quliyev I Liqa təmsilçisi "İmişli"dən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda 2014-2016-cı illərdə "köhlən atlar"ın şərəfini qorumuş Quliyevla yanaşı hücumçu Bahadur Həziyevlə də vidalaşıb. Tərlan Quliyev kimi B.Həziyevin də Premyer Liqa təcrübəsi var.