Dortmund "Borussiya"sı qovulan Nuri Şahinə əvəzləyici axtarır.
90deqiqe.Az-ın məlumatına görə, bu yaxınlarda Avstriyada "Borussiya" nümayəndələri ilə Niko Kovaç arasında "gizli" görüş baş tutub. Klub xorvatiyalının yaydan əvvəl baş məşqçi vəzifəsinə keçməsini istəyir, mütəxəssisin özü isə 2026 və ya 2027-ci ilə qədər müqavilə imzalamağa üstünlük verir.
Dortmund yayda daha prestijli məşqçi təyin etmək üçün Kovaça müvəqqəti həll yolu kimi baxır – məsələn, Rocer Şmidt və ya Sebastian Höness.
Həmçinin bildirilir ki, Kovaç bu təklifi rədd edərsə, mövsümün sonuna qədər müvəqqəti olan Mayk Tullberq Dortmund "Borussiya"sının baş məşqçisi postunda qala bilər.
"Bambıllar"ın əvvəlki baş məşqçisi Çempionlar Liqasında "Bolonya"ya məğlubiyyətdən (1:2) sonra qovulub.