EN

Belçikada on minlərlə müəllim sərt qənaət tədbirlərinə etiraz edib

Belçikada on minlərlə müəllim sərt qənaət tədbirlərinə etiraz edib

Belçikada 30 minə yaxın fransız dili müəllimi hökumətin peşə təhsilində sərt qənaət tədbirlərinə etiraz edib.Belçikadakı bütün həmkarlar ittifaqlarının çağırışı ilə fransız dilini tədris edən çoxlu sayda müəllim Brüsseldəki Midi qatar stansiyasının qarşısına toplaşıb.Vallon və Brüssel regional hökumətlərinin peşə təhsili sahəsində həyata keçirdiyi qənaət tədbirlərinə etiraz edən müəllimlər “Təhsil əsasdır”, “Təhsildə qənaət ola bilməz” və “Təhsil tənəzzüldədir” yazılmış plakatlar açıblar.Hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilər əsas yollardan istifadə edərək qənaət qərarını qəbul etmiş siyasi partiyaların binalarının yanından keçərək bir neçə kilometr uzaqlıqdakı "Barricades" meydanına doğru irəliləyiblər.Qeyd edək ki, həmkarlar ittifaqlarının çağırışı ilə fransızdilli müəllimlər etiraz əlaməti olaraq iki günlük tətilə başlayıblar.Tətil səbəbindən Brüssel və Vallon bölgələrindəki bir çox məktəblərdə təhsil dayandırılıb.Müəllimlərin yürüşü ilə əlaqədar Brüsselin mərkəzi ərazilərində nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Chosen
12
1
afn.az

2Sources