Almaniyanın "Bavariya" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Köln"dən Yonas Urbiqi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bavariya" alman qolkiper üçün 7 milyon avro təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Yonas Urbiq "Köln"ün yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm 2-ci Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb və qapısında 22 qol görüb.
saytlarin hazirlanmasi