EN

Venesuela səfirliyinin binası gülləbaran edildi

Naməlum şəxslər La Pasda Venesuela səfirliyinin binasına atəş açıb.

Editor.az bildirir ki, bu barədə Boliviyanın xarici işlər naziri Selinda Sosa məlumat verib. Hadisə yanvarın 26-da səhər saatlarında baş verib. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, heç kim xəsarət almayıb.

“Bu səhər Venesuela Respublikasının La Pasdakı iqamətgahına hücum olub. “Naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açıb və fasadın bəzi elementlərinə ziyan vurublar”, – deyə XİN rəhbəri X sosial şəbəkədəki mesajında bildirib. O, qeyd edib ki, hakimiyyət bu cür vandallığı pisləyir hadisə ilə bağlı araşdırma tələb edir.

//Samir Qurbanov, Editor.az

Chosen
16
editor.az

1Sources