EN

Elçilikdə rədd cavabı aldı, ana və qızını maşınla vurdu - Xaçmazdakı qəzanın təfərrüatı

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"
ın Shimal.News-a istinadən məlumatına görə, 24 yaşlı A.Kərimova və 54 yaşlı T.Əskərova işdən gələrkən onları avtomobil vurub. Məlum olub ki, onları vuran şəxs bir gün əvvəl elçilikdə rədd cavabı alan Araz adlı şəxsdir.

Ailə başçısı Bəhərçin Kərimov baş verən hadisə ilə bağlı təfərrüatı bölüşüb:

“Elçi gəlmişdilər, qızı vermədik. Növbəti gün uşaqlar işdən gələndə maşınla qəsdən vurub. Elçilikdə rədd cavabı aldığı üçün belə bir addım atıb. Onlar bizim ailəyə uyğun olmadıqları üçün qızı vermədik.

Bundan əvvəl də dəfələrlə qız qaçırıb. Kirayə məsələsi vardı. Ailə üzvlərimizə ev lazım idi. Dedilər gəlin, boş evimizdə qalın. Gedib qaldıq. Qızı vermədik deyə dava saldılar, həmin evdən də çıxardılar.

Hadisə arvadım və qızım işdən gələndə olub. Yolda rastlaşıblar, maşını üstlərinə sürüb, qızı vuranda həyat yoldaşım övladımı yan tərəfə itələyib ki, ciddi xəsarət almasın.

Bununla da kifayətlənməyib, avtomobili arxaya sürüb arvadımı da vurub. Bu adam cəzalandırılmalıdır”.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkimi Mehdi Həsənov zərərçəkənlərin aldığı xəsarətlərdən həyati təhlükəsi olmadığını bildirib:

“Yol nəqliyyat hadisəsi nəticəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə 2 nəfər xəstə daxil olub, ana və qızı. Qadının çanaq nayihəsi əzilib, qızında isə, sağ tərəfdən bel nayihəsi əzilib. Xəstələrə müvafiq tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Məsələyə Xaçmaz Rayon Polis Şöbəsində hüquqi qiymət veriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Xəyal Talıbov bildirib ki, məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub:

“Hadisə ilə bağlı ekspertiza təyin edilib. Hazırda araşdırma aparılır”. 

Chosen
17
50
unikal.az

10Sources