ABŞ lideri Donald Tramp keçmiş prezident Co Bayden administrasiyasının transseksualların açıq şəkildə orduda xidmət etməsinə icazə verən 2021-ci il qərarını ləğv edən sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Nəşr yazır ki, Trampın transgenderlərlə bağlı yeni sərəncamları bununla bitmir.
Belə ki, artıq ABŞ ordusunda cinsiyyət kimliyi ilə bağlı hərbi standartlar təyin edilir və əqli və fiziki hazırlıq problemlərini əsas gətirərək minlərlə transgenderin hərbi xidmət keçməsi qadağan edilir.
Bizim.Media