EN

"Coca-Cola" məhsullarını bu ölkələrdən geri çağırır

"Coca-Cola" məhsullarını kütləvi şəkildə Avropa bazarlarından geri çağırır.

Teleqraf.com xəbər verir ki, söhbət Belçikanın Gent şəhərindəki zavodda istehsal olunan Coca-Cola, Coca-Cola Zero, Sprite, Fanta, Fuze Tea və digər içkilərdən gedir.

Məhsulun geri çağırılması Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniyanı əhatə edir.

İçkilərin geri çağırılmasına səbəb kimi tərkibində xloratın çox olması göstərilir.

Şirkət nümayəndələri isə qeyd edirlər ki, zərərli maddələrin konsentrasiyası bir dəfəlik istifadə zamanı zərər verə biləcək qədər yüksək deyil və yalnız daimi istehlakçılar üçün təhlükə yarada bilər.


Müəllif: Teleqraf.com
Chosen
21
36
teleqraf.com

10Sources