EN

Alimlər arıqlayan zaman əzələ itkisindən qaçınmağın yolunu tapıb

Bakı.Trend:

ABŞ-nin Salk İnstitutunun alimləri kalori azlığı şəraitində BCL6zülalının əzələ kütləsi həcminin saxlanılmasında başlıca roloynadığını müəyyən edib.

Trend xəbər verirki, müvafiq elmi araşdırmanın nəticələri “Proceedings of theNational Academy of Science” (PNAS) dərc edilib.

Əzələlər – insan bədənində üstünlük təşkil edən toxumalardır vəinsanın hərəkətliliyində, fəallığında və gümrahlığında vacib roloynayır. İnstitutun professoru Ronald Evansın dediyinə görə, əzələkütləsinin qorunub saxlanılması da ümumi sağlamlıq və həyatkeyfiyyəti baxımından az əhəmiyyət daşımır.

Alimlərin sözlərinə görə, qidalanmayan orqanizm aclıq rejiminəkeçir və “boş mədə” beyinə siqnal ötürərək, müxtəlif hormanlarınsəviyyəsində dəyişikliyə təkan verir.Həmin hormonlar isə öznövbəsində əzələlərin inkişafında mühüm rol oynayan IGF1(insulinə-bənzər boy faktoru 1) ayrılmasını stimullaşdırır.

Lakin boy hormonunun istehsalı ilə IGF1 sintezinin tənzimlənməsiarasında SOCS2 kimi bir sıra zülalların iştirakı ilə mürəkkəb birşəbəkə mövcuddur. Həmin zülal IGF1 miqdarını tənzimləyir: əgərSOCS2 çox azdırsa, IGF1 izafi şəkildə ayrılır ki bu da , gigantizməsəbəb ola bilər. Əksinə, SOCS2-nin həddindən artıq çox olmasıəzələlərin zəifləməsinə gətirib çıxarır.

Chosen
34
az.trend.az

1Sources