"Coca-Cola"ın istehsal etdiyi içkilərin tərkibində təhlükəli maddələr aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belçika Federal Qida Təhlükəsizliyi Agentliyi (FASFC) məlumat yayıb.
Qeyd edilib ki, "Coca-Cola Europacific Partners Belgium" tərəfindən istehsal edilən məhsulların tərkibində həddindən artıq xlorat səviyyəsi aşkarlanıb: "İstehsal kodları 328 GE-338 GE arasında olan "Coca-Cola", "Fanta", "Sprite", "Fuse Tea", "Nalu", "Minute Maid", "Tropico" və "Royal Bliss" çeşidlərinə aid dəmir qab və şüşə butulkalarda olan içkilər artıq geri toplanır".
Lamiyə Əhmədli
MİA.AZ