EN

AVROPA İTTİFAQI GÜRCÜSTANLA VİZASIZ REJİMİ DAYANDIRDI

Avropa İttifaqı Şurası Aİ və Gürcüstan arasında vizasız rejiminin qismən dayandırılması barədə qərar qəbul edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, vizasız rejim aşağıdakı kateqoriyalara aid olanlar üçün dayandırılacaq:

● Aİ ölkəsində hökumətlərarası təşkilatlar tərəfindən keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvlərinə;

● Gürcüstanın milli və regional hökumət və parlament üzvləri, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin üzvlərinə;

● Diplomatik pasport sahiblərinə. Bildirilir ki, sözügedən şəxslər viza tələblərini yenidən tətbiq edən üzv dövlətə səfərlər üçün artıq qısa müraciət müddəti, aşağı viza rüsumları və daha az sənəd təqdim etmək imkanından faydalana bilməyəcəklər. Vurğulanıb ki, adi pasport sahibi olan Gürcüstan vətəndaşları qısamüddətli səfərlər üçün Aİ-yə vizasız səyahət imtiyazından istifadə etməyə davam edəcəklər.

Polşanın Daxili işlər və idarəetmə naziri Tomaş Simonyak (Tomasz Siemoniak) məsələyə münasibət bildirərək qeyd edib ki, fundamental hüquqlar və demokratik dəyərlər Aİ inteqrasiyasının əsas prinsipləridir və bu dəyərləri tapdalayan ölkəni təmsil edən rəsmilər Aİ-yə asan giriş imkanından faydalanmamalıdır.

Gürcüstana qarşı sanksiyalar davam etməkdədir. 

Chosen
22
5
tezadlar.az

10Sources