EN

Sakinlərinin hamısının milyonçu olduğu kənd - FOTO

Huaxi kəndi dünyanın ən zəngin kəndi adlanır. Hər bir sakinin milyonçu olduğu bu kənd təkcə zənginliyi ilə deyil, hekayəsi ilə də diqqət çəkir.


1960-cı illərin əvvəllərində başlayan bu maraqlı hekayə və bu kənddə baş verənlərlə maraqlanırsınızsa, Sfera.az sizə bu yazıda maraqlı məlumatlar təqdim edir.
 

Huaxi kəndinin inanılmaz iqtisadi uğuru 1960-cı illərə təsadüf edir. Həmin vaxt kənd kommunist partiya komitəsinin katibi təyin edilən Vu Renbao kəndin potensialını reallaşdıran uzaqgörən bir lider idi.


 

Renbao kəndin iqtisadi rifahını yaxşılaşdırmaq üçün cəsarətli qərar verdi: o, 1969-cu ildə kənddə toxuculuq fabriki yaradıb, kəndlilərin kənd təsərrüfatı həyatını sənaye istehsalına çevirdi.
 

Bu addım kəndin taleyini dəyişdi. Kənd təsərrüfatından sənayeyə keçən kəndlilər qısa müddətdə varlanmağa başladılar. Bu cəsarətli addımlar sayəsində Huaxi Çinin iqtisadi islahatları ilə ayaqlaşaraq böyük artım əldə etdi.
 

Huaxi kəndində yaşayan hər kəs “Huaxi Village Corporation” adlı şirkətin səhmdarıdır. Bu struktur kəndin bərabərlikçi sərvət modelinin əsasını təşkil edir.
 

Bütün şirkətlərin gəlirlərinin 20%-i ilin sonunda kəndin hər bir fərdinə bərabər bölünür. Bu sistem sayəsində hər kəsin milyonlarla dollar sərvəti var.
 

Qalan gəlir kəndin sosial-iqtisadi inkişafına sərf olunur. Pulsuz sağlamlıq xidmətləri, təhsil, lüks mənzil və hətta həyat sığortası kimi bir çox sosial təminat imtiyazları təqdim edən bu sistem kəndlilərin həyatını çox asanlaşdırır.
 

Hətta ildə 350 kiloqram düyü paylanması da Huaxinin səxavətli rifah paylanmasının göstəricisidir. Huaxidə həyat həqiqətən göz qamaşdırır. Kənddə hamı dəbdəbəli villalarda yaşayır və bankda külli miqdarda pulları var.

Lüks avtomobillər küçələrdə adi mənzərəyə çevrilib. Kəndlilərin ildə milyonlarla dollar qazandığı Huaxidə həyat kənardan gələnlər üçün olduqca təəccüblüdür.


 

 

Amma bu sərvətdən başqa da kənddə ciddi təhlükəsizlik sistemi, nizam-intizam var. Kəndlilər xarici aləmlə çox əlaqə saxlamırlar, demək olar ki, xarici aləmdən təcrid olunmuş həyat sürürlər.
 

Bütün bu möhtəşəmlikdə mükəmməl bir nizam var. Hər şey mükəmməl işləyir.

 

Huaxi təkcə dəbdəbəli yaşayış deyil, həm də göz oxşayan memarlıq strukturları ilə də göz oxşayır. Kənddə hündürlüyü 328 metr olan “Longxi International Hotel” yerləşir.


 

Bundan əlavə, kənddə dünyanın ən məşhur binalarının nüsxələri də var: Ağ Ev, Zəfər Tağı, Sidney Opera Evi və Böyük Çin Səddi kimi nəhəng tikililər kənd həyatının bir hissəsinə çevrilib.

 

Xanım

Chosen
25
14
sfera.az

10Sources