EN

Tarixi abidələrdən otellər şəbəkəsinə çevrilən İçərişəhər...

İçərişəhər dünyanın ən qədim və möcüzələrlə zəngin bir tarixi yeridir. Hələ Bakı və digər yerlərdə olanları demirəm. Biraz öncə baxıram İçərişəhərdə nə qədər otel var imiş. Tarixi binaların çoxu otel olub, ya da sökülüb. Yerlərində otel, restoran, kafelər tikilib. Bunu görəndə Pakistanda 2000 ci ildə baş verən bir hadisə yadıma düşür
Həmin ildə Pakistanda qədim bir sarkofaq tapılır və üzərində də belə bir yazı olur " Mən böyük çar Kuruşun qızıyam. Adım Radoqanadır"
Dərhal kütləvi informasiya vasitələrinin iştirakı ilə press konfrans keçirilir və dünyaya bu xəbər verilir. Turistlər axın edirlər bu yerə. Sonra məlum olur ki, bu sarkofaq saxta imiş..bunun səbəbini soruşanda isə qısa cavab verirlər:
" Biz, ölkəmizə tariximizə görə turistlərin gəlməsini istəyirik sadəcə"
Dünya saxta abidələr, saxta tikilər yaradır ki, turistlər axın etsin, görsünlər və bunu edənlər qədim bir xalq olduqlarını "sübut" etsinlər.
Bizdə isə möcüzə və sirlərlə zəngin İçərişəhəri söküb yerində otel, restoran və kafe açırlar. Bizdə turist cəlb etmək üçün qalmaq və yeməyi düzgün hesab edirlər. Əslində isə təkcə İçərişəhərin yeraltı yolları minlərlə turist axını yarada bilər.
Hələ qədim Alban kilsələri, Tenqri məbədləri, qədim insan yaşayış məskənləri, islam məscidləri, qədim daş yazılar, məzarlıqlar, tikilər və sairəni demirəm.
Ölkəmizin o qədər zəngin tarixi var ki, dünyanın ciddi alimləri buranı Tanrının seçdiyi ərazi adlandırılar. Amma bizdə isə ...
Otel, restoran, kafe barədə düşünürlər təkcə məmurlar...
Zaur Əliyev, tarixçi alim
Chosen
5
12
news365.az

10Sources