Neymar “Əl-Hilal”dan getdi
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı hücumçu Neymarla müqaviləni ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, futbolçu ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.
Braziliyalı ilə müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.