EN

Britaniya polislərinə "qara qoyun" və "qara siyahı" terminlərini işlətmək qadağan edilib

Britaniya

Böyük Britaniyada polis işçilərinə "qara siyahı" (black list), "qara qoyun" (black sheep) və İngilis dilində "black" sözü olan digər ifadələri istifadə etməyi qadağan ediblər. “Ulusum”.az xəbər verir ki, bu barədə britaniyalı "Daily Telegraph" qəzeti məlumat yayıb. Qadağa, irqçiliklə bağlı ittiham olunmaq qorxusundan irəli gəlib.Sənəddə qeyd edilir ki, belə ifadələr müəyyən qrupları digərinə nisbətən aşağı və ya yüksək göstərir. Bundan əlavə, polislərə "hamilə insan" (pregnant person) ifadəsini "hamilə qadın" (pregnant woman) yerinə istifadə etmək və evli insanları "ər və arvad" əvəzinə "partnyorlar" adlandırmaq tövsiyə olunur. Səidə

Diqqət Çəkənlər

Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub

HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək

NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı

Chosen
14
ulusum.az

1Sources