EN

Deputat Elm və Təhsil Nazirliyinə rəsmi sorğusu göndərəcək- ÖZƏL

Milli Məclisin deputatı Vüqar Bayramov Füzulu rayonunda fəaliyyət göstərən uşaq baxçasına baş çəkib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Füzuli rayonu Böyük Bəhmənli kənd sakinlərinin müraciəti əsasında kənd ərazisində yerləşən uşaq bağçasını ziyarət etdik. 10 min nəfərdən artıq sakinin yaşadığı kənd sakinlərinin və bağça əməkdaşlarının əsas müraciəti bağçanın əsaslı təmir olunmasıdır. 

Qeyd etdiyimiz müəssisəni ziyarət edən zaman həqiqətən də bağçanın əsaslı təmirə ehtiyacı olduğu müşahidə edildi. 100 yerlik fəaliyyəti olan kənd bağçasının əsaslı təmir olunması yollarını kənd sakinləri ilə müzakirə etdik və məsələnin həlli istiqamətində mümkün köməklik imkanlarından istifadə edəcəyimizi bildirdik. 

Kənd sakinləri və bağça əməkdaşlarının müraciətini nəzərə alaraq bağçanın əsaslı təmir olunmasına köməklik göstərilməsi məqsədi ilə Elm və Təhsil Nazirliyinə rəsmi deputat sorğusu göndərməyi planlaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources