EN

“Koca-kola” məhsullarını kütləvi şəkildə geri çağırır

“Koka Kola” (“Coca-Cola”) xloratın səviyyəsinin yüksəlməsi səbəbindən bir sıra Avropa bazarlarından məhsullarını kütləvi şəkildə geri çağırdığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Geri çağırma 2024-cü ilin noyabr ayının sonundan Belçika, Böyük Britaniya, Fransa, Almaniya, Lüksemburq və Niderlandda dövriyyədə olan “Koca-Kola”, “Sprayt”, “Fanta”, “Fuze Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” markalarına aiddir”, - məlumatda deyilir.

Qeyd olunur ki, problem Belçikanın Gent şəhərində içkilərin keyfiyyətinin yoxlanılması zamanı müəyyən edilib.

Chosen
13
30
axar.az

10Sources