EN

İsveçrə bu kənddə yaşamaq istəyənlərə hər ay 50 min dollar vəd edir - FOTO/VİDEO

İsveçrə dövləti bu kənddə ailəsi ilə qala bilənlərə hər ay 50 min dollar verir. Söhbət Ticino vadiləri arasında yerləşən Foroglio kəndindən gedir.

 

Sfera.az bildirir ki, bu barədə türkiyəli jurnalist Uğur Önver məlumat yayıb.

 

O qeyd edib ki, sözügedən kənddə işıq, təbii olaraq internet, hətta kanalizasiya sistemi də yoxdur:

 

“Burada su ehtiyacınızı təbii qaynaqlardan əldə edə bilərsiniz. İsinmək üçün təxmin etdiyiniz kimi odunlardan istifadə edirsiniz. Kənddə ərzaq tədarükü həftədə bir dəfə helikopterlər vasitəsilə təmin olunur. Bu da hava yaxşıdırsa, belədir, əks halda, iki həftədən bir gələn qida yük maşınını gözləmək lazımdır. Qışda burada yaşamaq çox təhlükəlidir, çünki qar çox yağır və tufan riski var”.

 

Jurnalist qeyd edib ki, normal şərtlərdə burada yaşayan ailələrin sayı 20-25 olur. 

 

Sözügedən məlumatların əks olunduğu videonu təqdim edirik:

 

 

Türkan 


 

Chosen
15
50
sfera.az

10Sources