EN

Generallar hərbi əməliyyat masası ətrafında – Nə baş verir?

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Qoşunlarının Komandanı general-polkovnik Hikmət Mirzəyevin Türkiyəyə səfəri haqda bir çox versiyalar və mülahizələr səsləndirilir. Onun Türkiyənin Quru Qoşunları Komandanı Selçuk Bayraktaroğlu ilə görüşü, ikilinin birlikdə hərbi əməliyyat masasının başında oturub iclas keçirmələri xüsusi mesaj və hansısa böyük prosesin başlanğıcı kimi qiymətləndirilir. 

Bu görüş 2020-ci ilin avqust ayında müdafiə naziri Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri, onların Prezident Rəcəb Tayyib Ərdoğan, o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu və dönəmin müdafiə naziri Hulusi Akar keçirdiyi görüşlərlə müqayisə edilir.

WhatsApp

Avqust, 2020-ci il, Ankara. 

Tovuz döyüşlərindən 1 ay sonra reallaşan bu görüş diplomatik təmasdan çox savaşa hazırlığın son mərhələsi kimi dəyərləndirildi. Rəsmilərin səfərindən ay yarım sonra 44 günlük müharibə başladı.

General-polkovnikin Türkiyəyə son səfəri də iddia edildiyi kimi böyük proseslərin başlanğıcı olaraq dəyərləndirilə bilərmi? 

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan analitik Aqşin Kərimovdeyib ki, Hikmət Mirzəyevin Türkiyəyə səfəri Bakı ilə Ankaranın strateji müttəfiqlik əlaqələrindəki hərbi aspektlərin növbəti hədəflər üçün mərkəzləşdirilməsi səylərini təkmilləşdirməyə kömək edir:

"Yeni mərhələ 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın mümkün sürpriz addımları fonunda yarana biləcək təhlükəli münaqişələrə qarşı müştərək müdafiə immunitetinin inkişaf etdirilməsi ilə əlaqəlidir.

General-polkovnik Mirzəyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak ilə görüşü iki dövlətin təhdidlərə qarşı mübarizədə və strateji məqsədlərinə nail olmaqda silahlı qüvvələrinin rolunu yenidən nəzərdən keçirmək kimi məsələləri açır.

IMG

Aparılan danışıqlara dair təqdim edilən rəsmi informasiyanın dili Azərbaycanla Türkiyənin müdafiə və təhlükəsizlik sahəsində dərinləşmiş hesablamalar apardığını göstərir.  Bura hərbi təchizat, innovasiya səyləri, Azərbaycanın müdafiə sənayesi, xüsusi təyinatlı qüvvələrin səviyyəsinin Türkiyə səviyyəsinə çatdırılması üçün lazım olan planlar daxildir. Həmin aspektlər Azərbaycan və Türkiyə qüvvələrinin pisləşə biləcək regional təhlükəsizlik şəraitində tam məxfi əməkdaşlıq modelini də əhatə edə bilər".

Analitik bildirib ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə qərb rayonlarımızı birləşdirəcək yolun təmin edilməsi üçün strateji Zəngəzur dəhlizi layihəsi ilə quru əlaqəsini formalaşdırmaqda qərarlıdır:

aqsin

Aqşin Kərimov

"Ehtimal edirəm ki, Bakı istəklərinə tam nail olduqdan sonra Naxçıvanın Muxtar Respublika statusunu ləğv edəcək və Türkiyə ilə müzakirələrin nəticələrini birləşdirərək Ankaranın regional rolunu qüvvətləndirən hərəkətləri stimullaşdıracaq. Azərbaycanla Türkiyə formalaşacaq regional təhlükəsizlik arxitekturasında yol xəritələrini müəyyənləşdirərkən Ankaranın təhlükəsizlik qarantları güclənəcək.

Bu, keyfiyyətcə üstün bir əməkdaşlıq platformasının yenidən qurulmasını tələb edir və hazırda aparılan müzakirələr də məhz həmin perspektiv üçün hədəfləri müəyyənləşdirir".

Qeyd edək ki, 1924-cü ilin 9 fevralında o zamankı Azərbaycan SSR-nin tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. 2024-cü ildə Muxtar Respublikanın 100 illik yubileyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
20
olaylar.az

10Sources