Müstəqilliyimizdən sonra Azərbaycan xalqını yasa batıran ən böyük helikopter qəzalarından biri olan, böyük bir dəhşət kimi yaddaşlara yazılan faciənin ildönümüdür.
Şuşa - 1992-ci iin 28 ynvarı...
Adalet.az xatırladır ki, Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən Mi-8T helikopterinin erməniər tərəfindən partladılmasından 33 il keçir. Qarabağda yerləşən erməni işğalçı qüvvələri tərəfindən helikopterimizin Stinger raketi ilə (Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir.) vurulması nəticəsində içərisində uşaq olmaqla 44 nəfər dinc sakin (3-ü ekipaj üzvüdür) terror qurbanına çevrildi.
Bir çox mənbələr iddia edir ki, “Azal” konserninə məxsus 24137 bort nömrəli Mİ-8T vertolyotu vuran “Yer-Hava” tipli həmin raket rulara məxsus olub. Həmin kütləvi qətliamdan 33 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Dünya aviasiyası tarixində ən böyük mülki vertolyot faciələrindən sayılan bu hadisədən sonra Xocalıda görünməmiş soyqırımı aktı törədildi. Heç şübhəsiz ki, bu cür təxribatçı əməllər Şuşanın müdafiəsini zəiflədir, faktiki işğala şərait yaradırdı. Aradan heç bir ay tam ötmədi ki, ermənilər Xocalıda böyük bir soyqırım gerçəkləşdirdi.
Qeyd edək ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini vurması nəticəsində 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olmuşdu. Helikopterdə həlak olanlar Azərbaycanın bir çox dövlət rəsmiləri, ictimai-siyasi xadimləri idi.
P.S. Hesab edirik ki, 44 günlük Vətən müharibəsi zamanı o 44 nəfər günahsız və dinc soydaşlarımızın da qisası alındı.
Əntiqə Rəşid
(Yazarın arxivi)