Almaniyanın Ermənistandakı səfiri Klaudiya Buş dünən İrəvandakı qondarma “erməni soyqırımı” kompleksinə baş çəkib. Tribunainfo.az xəbər verir ki, alman səfirin bu hərəkətinin Ermənistanın baş naziri Nikol Paşinyanın “erməni soyqırımı”nı inkar etməsindən sonraya təsafdüf etməsi maraq doğurub.
Bundan başqa, Buşun açıqlaması da olduqca qəribə qarşılanıb. O deyib ki, “Soyqırım Almaniya və Ermənistanın nəsillərinin ortaq problemi olaraq qalmaqdadır”.
Qeyd edək ki, səfirin bu açıqlamasından belə anlaşılır ki, Almaniya soyqırıma məruz qalmış ölkədir. Lakin tarixdə almanların soyqırıma məruz qalması halı qeydə alınmayıb. O zaman səfir Buşun bu açıqlamasının ikinci başı budur ki, o, ölkəsinin soyqırımçı olmasını təsdiqləyir. Ki, bu da mümkündür. Çünki Almaniya faşist hökuməti II Dünya Müharibəsi zamanı 7 milyon yəhudunin məqsədli məhvini həyata keçirib və bu hadisə dünyada yəhudi soyqırımı kimi rəsmi olaraq tanınıb.