EN

Qərbi Azərbaycan İcmasının BMT Baş katibinə ünvanladığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildəErmənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlıBMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. LevonTer-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığınErmənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandanazərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinəəleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlililə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin BaşAssambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimiyayılıb.

Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatdaməlumat verilib.

"Sözügedən məktubumuzun BMT-nin ali orqanlarının rəsmi sənədlərikimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrəməsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunmasıbaxımından böyük əhəmiyyət kəsb edir.

Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regionaltəşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimitəqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinəçatdırmaq istiqamətində səylərini davam etdirir", - bəyanatda qeydedilib.

Chosen
11
az.trend.az

1Sources