EN

“Qızıl 3 min dolları, gümüş isə 40 dolları keçəcək”

Türkiyənin "Troy Kıymetli Maden Ticaret A.Ş." şirkəti qızılın unsiyasının qiymətinin 2025-ci ildə 3 min dolları keçəcəyini təxmin edir. 

Marja xəbər verir ki, Şirkətin hesabatında, mümkün ticarət müharibələri ilə yanaşı geosiyasi risklərin artması, mərkəzi bankların tələbi və faiz dərəcələrindəki azalma ilə əlaqədar olaraq qızılın unsiyasının qiymətinin 2025-ci ildə 3 min dolları keçəcəyi təxmin edilir.

Həmçinin hesabatında, risklərin artması, faiz dərəcələrinin aşağı salınması və sənaye tələbi səbəbindən gümüşün unsiyasının qiymətinin 40 dolları keçəcəyi gözlənilir.

Chosen
6
marja.az

1Sources