EN

“İranın nüvə obyektlərinə hücum Yaxın Şərqi çox pis bir fəlakətə çevirəcək” - Abbas Əraqçı

“İranın nüvə obyektlərinə hücum Yaxın Şərqi çox pis bir fəlakətə çevirəcək”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Sky News” telekanalına müsahibəsində deyib.

"Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən istənilən hücum dərhal və qətiyyətli cavabla üzləşəcək", - deyə siyasətçi vurğulayıb.

O, bildirib ki, İsrail və ABŞ-nin əslində bu çılğınlığı edəcəyinə inanmıram.

Əraqçı qeyd edib ki, İsraildə bəziləri ABŞ Prezidenti Donald Trampın bu ayın əvvəlində Ağ Evə qayıtmasının Amerikanın İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləməsinə və ya hətta belə bir hücumun özünün həyata keçirməsinə səbəb olacağına ümid edirdi. Bununla belə, Tramp Tehranın nüvə proqramını hərbi yolla deyil, diplomatik yolla həll etməyə ümid etdiyini bildirdi.

Daşqın HəsənovMissiya.Az

Chosen
11
3
missiya.az

5Sources